Modern.az

Mədəniyyət idarəsinin rəisi işdən çıxarıldı

Mədəniyyət idarəsinin rəisi işdən çıxarıldı

Aktual

21 Noyabr 2022, 12:40

Bərdə regional mədəniyyət idarəsinin rəisi Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova işdən çıxarılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

 

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Vəsilə Əfqan qızı Möhsümovanın müqavilə müddətinin bitməsi ilə əlaqədar vəzifəsinə xitam verilib.

 

Xatırladaq ki, o, bu vəzifəyə bu ilin 30 aprelində təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?