Modern.az

Ötən həftə tapılan minaların sayı AÇIQLANDI

Ötən həftə tapılan minaların sayı AÇIQLANDI

Aktual

21 Noyabr 2022, 13:18

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?