Modern.az

Fələstinin XİN rəhbəri Azərbaycanın qərarını ALQIŞLADI

Fələstinin XİN rəhbəri Azərbaycanın qərarını ALQIŞLADI

Aktual

21 Noyabr 2022, 13:38

Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycan Respublikasının Ramallahda Təmsilçilik Ofisi açması barədə qərarını alqışlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyinə bu dövlətin Xarici İşlər Nazirliyində bildiriblər.

 

Fələstin XİN-in bəyanatında qeyd olunub ki, rəsmi Bakının bu qərarı ikitərəfli münasibətləri möhkəmləndirmək istiqamətində göstərilən diplomatik səylərdə yeni qələbədir.

 

“Azərbaycan Milli Məclisinin Fələstinlə həmrəylik və xalqımızın hüquqlarını dəstəkləyən bu qərarı Azərbaycanla əlaqələrdə yeni mərhələnin başlanğıcıdır”, -deyə bəyanatda vurğulanıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?