"Türk milləti ilə Misir xalqının keçmişdəki birliyi bizim üçün çox önəmlidir".
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən vətənə qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Ötən gün Misir Prezidenti ilə görüşən Ərdoğan iki ölkə arasında münasibətlərə dair önəmli mesajlar verib:
"Niyə yenidən olmasın, niyə yenidən başlamasın? Biz buna işarə etdik. Ümid edirəm ki, nazirlərimizlə başlayan prosesi daha sonra yüksək səviyyəli danışıqlarla yaxşı bir səviyyəyə çatdıracağıq".
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir lideri Əbdül Fəttah əs-Sissi ilə ilk dəfə görüşüb. Görüş Qətərdə futbol üzrə dünya çempionatının açılışına həsr olunmuş mərasimdə baş tutub. Liderlərin görüşü qısa çəkib, onlar salamlaşıb və bir-birinin əllərini sıxıblar.