Modern.az

Rəsmi Bakı Türkiyəyə raket hücumunu PİSLƏDİ

Rəsmi Bakı Türkiyəyə raket hücumunu PİSLƏDİ

Aktual

21 Noyabr 2022, 17:13

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında paylaşım edilib.

 

“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, - paylaşımda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...