Modern.az

Rusiya rəsmiləri Şəhidlər xiyabanını ziyarət edib

Rusiya rəsmiləri Şəhidlər xiyabanını ziyarət edib

Aktual

22 Noyabr 2022, 11:00

Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədrinin müavini Qalina Karelovanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.

 

Modern.az xəbər verir ki, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?