Səudiyyə Ərəbistanında son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam ediblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, edam edilən şəxslər narkotik maddələrə görə ölüm cəzası alıb.
"Reprieve" insan haqları təşkilatı bəyan edib ki, Səudiyyə rəhbərliyi dünyanın diqqətinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatına yönəlməsindən istifadə edərək edamları həyata keçirib.
İddialara əsasən, bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə dünyanın gündəminə gəlmişdi.