Modern.az

70-dən çox gəmi Ukraynaya giriş icazəsi gözləyir

70-dən çox gəmi Ukraynaya giriş icazəsi gözləyir

Aktual

22 Noyabr 2022, 12:44

90 min 428 ton taxıl və digər ərzaq məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib, daha 76 gəmi isə limanlara daxil olmaq üçün icazə gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Odessanın regional hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib.

 

Onun sözlərinə görə, hazırda 76 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir, yüklənən 33 gəmi isə təyinat nöqtəsinə getmək üçün Türkiyənin ərazi sularında baxışdan keçməyə hazırlaşır.

 

Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına əsasən, “taxıl dəhlizi” əməliyyatının davam etdiyi müddət ərzində ölkədən 12 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?