Ötən gün İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat yayıb.
Təbii fəlakət zamanı 377 nəfər xəsarət alıb, 31 nəfər isə itkin düşüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, ötən gün İndoneziyada baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsinə 7 mindən çox şəxs yaşayış yerini tərk etməli olub.