Modern.az

Xudafərin körpüsündən İrana mesaj - FOTO

Xudafərin körpüsündən İrana mesaj - FOTO

Aktual

22 Noyabr 2022, 14:40

Bir qrup amerikalı tədqiqatçı Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib.

 

Modern.az xəbər verir ki, onların arasında Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran da yer alıb.

 

Doran Xudafərin körpüsünün qarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq yazıb: “Xudafərin körpülərindən birində günorta çayı içdik”.

 

Amerikalı qonağın bu paylaşımı maraqla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Mayk Doranın paylaşımını son günlər yaşanan gərginlik fonunda İrana mesaj kimi qiymətləndirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?