Modern.az

Əcnəbini maşınla vuran şəxs SAXLANILDI

Əcnəbini maşınla vuran şəxs SAXLANILDI

Aktual

22 Noyabr 2022, 15:12

Noyabrın 19-da saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçən əcnəbi vətəndaş H.Naimi müəyyən edilməyən avtomobillə vurulub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini Elcan Vəliyev avtomobillə birgə saxlanılıb.

 

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib