Modern.az

“Türkiyə ilə mehriban qonşuluq əlaqələri qura bilərik” – Erməni prezident

“Türkiyə ilə mehriban qonşuluq əlaqələri qura bilərik” – Erməni prezident

Aktual

22 Noyabr 2022, 16:18

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “SpecialEurasia” nəşrinə müsahibəsində Türkiyə ilə münasibətlərdən danışıb.

 

Modern.az xəbər verir ki, erməni prezident Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində irəliləyiş olduğunu deyib.

 

“İrəvan və Ankara arasında münasibətlərin normallaşması istiqamətində müsbət tendensiya müşahidə edilir. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri görüşlər keçirir, informasiya-təbliğat sahəsində də müsbət tendensiyalar görürəm və ümid edirəm ki, sivil, normal və mehriban qonşuluq əlaqələri qura bilərik”, - deyə Xaçaturyan qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?