"Bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik".
Modern.az xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
35 yaşlı məşhur futbolçu məğlubiyyəti gözləmədiklərini bildirib.
"Bizim üçün ağır zərbə oldu, amma əsl komanda olduğumuzu göstərməliyik", - Messi söyləyib.
Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu Lionel Messi vurub.