Modern.az

DÇ-2022: Bu gün hansı oyunlar var?

DÇ-2022: Bu gün hansı oyunlar var?

Aktual

23 Noyabr 2022, 08:00

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeçi sınağa çəkəcək.

 

Qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

E qrupunda isə Almaniya seçməsi Yaponiya ilə, İspaniya Kosta Rika ilə üz-üzə gələcək.

 

DÇ-2022

23 noyabr

 

F qrupu

 

14:00. Mərakeş - Xorvatiya

Baş hakim: Fernando Rapallini (Argentina)

"Əl Bayt" stadionu

 

23:00. Belçika - Kanada

Baş hakim: Canni Sikazve (Zambiya)

"Əhməd Bin Əli" stadionu

 

E qrupu

 

17:00.Almaniya - Yaponiya

Baş hakim: İvan Barton (Salvador)

"Xəlifə" stadionu

 

20:00. İspaniya - Kosta Rika

Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)

"Al Tumama" stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?