Modern.az

Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşir

Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşir

Aktual

23 Noyabr 2022, 08:07

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, ikinci oyun günündə üç görüş keçiriləcək.

 

Günün ən maraqlı qarşılaşması Gəncədə təşkil olunacaq. Premyer Liqa təmsilçilərinin duelində “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

 

Digər iki görüşdə isə elita klubları I divizion təmsilçilərini sınağa çəkəcək. “Zirə” “Mingəçevir”in qonağı olacaq, “Sabah” “Qaradağ Lökbatan”ı qəbul edəcək.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları dekabrın 8-9-da, cavab görüşləri 19-20-də keçiriləcək.

 

Ötən gün keçirilən oyunlardan sonra “Səbail”, “Turan Tovuz” və “Qəbələ” növbəti mərhələyə adlayıb.

 

Azərbaycan kuboku
1/8 final


23 noyabr (çərşənbə)

 

14:00. “Mingəçevir” – “Zirə”
Baş hakim: Emin Əliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

 

14:00. “Kəpəz” – “Sumqayıt”
Baş hakim: İnqilab Məmmədov
Gəncə şəhər stadionu

 

17:00. “Sabah” – “Qaradağ Lökbatan”
Baş hakim: Səbuhi Bayramov
“Bank Respublika Arena”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?