Modern.az

Ailə üzvləri tərəfindən döyülən kişi xəstəxanada ÖLDÜ

Ailə üzvləri tərəfindən döyülən kişi xəstəxanada ÖLDÜ

Aktual

23 Noyabr 2022, 08:14

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?