Modern.az

Etirazçılar SEPAH komandirini öldürdü

Etirazçılar SEPAH komandirini öldürdü

Aktual

23 Noyabr 2022, 08:50

İranda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

 

Modern.az xəbər verir ki, İranın Kermanşah şəhərində SEPAH komandiri, polkovnik Səid Beheştirad qəzəbli etirazçılar tərəfindən öldürülüb.

 

Məlumatı “Azad İran” teleqram kanalı yayıb. 

 

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?