Modern.az

GDU-da “Genderə həssas məktəblərin təşviqi ” layihəsi davam edir

GDU-da “Genderə həssas məktəblərin təşviqi ” layihəsi davam edir

Aktual

23 Noyabr 2022, 11:14

Gəncə Dövlət Universitetində “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində keçirilən təlim uğurla davam edir.

 

Modern.az xəbər verir ki, Gəncə şəhərində fəaliyyət göstərən 11-21 nömrəli tam orta məktəbləri əhatə edən, 25 müəllimin iştirak etdiyi təlimdə bildirilmişdir ki, prezident İlham Əliyev tərəfindən gender bərabərliyinin təminatına dair qəbul edilən qanunlar qadınların cəmiyyətin bütün sahələrində fəallığının artmasında öz bəhrəsini verməkdədir. Müəllimlər çalışdıqları orta məktəblərdə daim oğlanlar və  qızlar üçün bərabər imkanlar yaratmalı, bu sahədə həssas olmalıdırlar.

 

Qeyd edək ki,  Azərbaycan Elm və Təhsil Nazirliyinin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə noyabr ayının 26-na kimi davam edəcək təlimin əsas məqsədi təhsil sistemi vasitəsilə gender məlumatlılığının artırılmasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?