Modern.az

Almaniyadan Azərbaycana deportasiya gözlənilir

Almaniyadan Azərbaycana deportasiya gözlənilir

Aktual

23 Noyabr 2022, 11:48

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar təşvişə düşüblər.

Modern.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, noyabr ayının sonlarında Almaniyadan Azərbaycana deportasiya gözlənilir. Sənədləri qaydasında olmayan, qanunsuz mühacirət edənlərin ölkədən çıxarıla biləcəyi vurğulanır.

O da qeyd edilir ki, alman polisi bu günlərdə mühacirlərin yaşadığı ünvanlara gedərək yoxlamalara başlayıb.

Aparılan yoxlamalar bəzi soydaşlarımızı təşvişə salıb.

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır