Modern.az

Mirzoyan KTMT nazirlərinə regional məsələlərdən danışdı

Mirzoyan KTMT nazirlərinə regional məsələlərdən danışdı

Aktual

23 Noyabr 2022, 12:23

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin nümayəndələrinin təşkilata üzv dövlətlər üçün bütün riskləri ölçüb-biçəcəklərini gözlədiyini deyib.


Modern.az xəbər verir ki, Mirzoyan bunu KTMT dövlətlərinin Xarici İşlər nazirlikləri, Müdafiə nazirlikləri və Təhlükəsizlik Şuraları katiblərinin birgə görüşündə söyləyib.

Mirzoyan ümidvar olduğunu bildirib ki, tərəflər beynəlxalq və hərbi sahədə mövcud vəziyyəti təhlil edib, konstruktiv və açıq fikir mübadiləsinə uyğun olaraq regional təhlükəsizliyi qiymətləndirə biləcəklər.


"Görüşümüzün gündəliyi kifayət qədər zəngindir. Qəbul ediləcək qərarlar sırasına həm siyasi məsələlər, həm müdafiə ölçüsü, həm də təhlükəsizlik məsələləri daxildir", - Ermənistan XİN rəhbəri bildirib.


Nazir iclasın bütün iştirakçılarına məhsuldar iş arzulayıb.


Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti də keçirilir.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?