Modern.az

İki türkdilli dövlətin prezidenti Ermənistana gəldi

İki türkdilli dövlətin prezidenti Ermənistana gəldi

Aktual

23 Noyabr 2022, 12:48

Qırğızıstan prezidenti Sadır Japarov və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) sessiyasında iştirak etmək üçün bu gün İrəvana gəliblər.

Modern.az xəbər verir ki, hava limanında onları Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.


Xatırladaq ki, KMTN-nin bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmonun iştirakı gözlənilir. İclasda KTMT-nin baş katibi Stanislav Zas da iştirak edəcək.


Qurum üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalararası dövrdə fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Bundan başqa, KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi də olacaq.


Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.


KTMT-də sədrliyin Belarusa keçəcəyini  nəzərə alaraq, prezident Aleksandr Lukaşenko gələn il üçün prioritetlərini təqdim edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?