Modern.az

Arayik qondarma “nazirlər”in hamısını "vəzifə"dən çıxardı

Arayik qondarma “nazirlər”in hamısını

Aktual

23 Noyabr 2022, 13:12

Erməni separatçılarının başçısı Arayik Arutyunyan Xankəndidə qurduğu qondarma “hökumətin” bütün “nazirlərini” vəzifədən azad edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Mikayel Hayriyan “səhiyyə naziri”, Norayr Musaelyan “kənd təsərrüfatı naziri”, Anahit Akopyan “təhsil, elm, mədəniyyət və idman naziri”, Armine Petrosyan “sosial inkişaf və miqrasiya naziri”, Hayk Xanumyan “ərazi idarəetmə və infrastruktur naziri”, Jirayr Mirzoyan “ədliyyə naziri”, David Babayan “xarici işlər naziri”, Aram Sarkisyan “şəhərsalma naziri”, Vahram Bağdasaryan “maliyyə və iqtisadiyyat naziri” vəzifəsindən azad edilib.

Həmin “vəzifələr”in icraı müvəqqəti olaraq “müavinlər”ə həvalə olunub.

Ehtimal olunur ki, Qarabağ separatçılarının yeni " nazirləri" bu yaxınlarda "dövlət naziri" təyin edilən milyarder Ruben Vardanyanla məsləhətləşdikdən sonra müəyyən ediləcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?