Modern.az

Maşından oğurluq edən şəxs tutuldu

Maşından oğurluq edən şəxs tutuldu

Aktual

23 Noyabr 2022, 15:16

Binəqədi rayonunda noyabrın 13-də  “VAZ-2109” markalı avtomobildən 1800 manat dəyərində maqnitofon və 3 ədəd səsgücləndirici oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

 

Modern.az xəbər verir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini Nəcəf Hüseynov saxlanılıb. 

 

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?