Modern.az

Avropa Parlamenti Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət kimi tanıdı

Avropa Parlamenti Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət kimi tanıdı

Aktual

23 Noyabr 2022, 16:28

Avropa Parlamenti (AP) Rusiyanın terrorçuluğa sponsorluq edən dövlət kimi tanınmasına dair qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Sənəd hüquqi cəhətdən məcburi deyil və tövsiyə xarakteri daşıyır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamədə bildirilir ki, Rusiya hərbçiləri Ukraynada mülki obyektlərə, enerji infrastrukturuna, xəstəxanalara, məktəblərə və sığınacaqlara zərbələr endirirlər. Bu, beynəlxalq hüququn pozulmasıdır.

 

AP-ın 494 deputatı qətnaməni dəstəkləyib, 58 deputat əleyhinə çıxış edib. 44 parlamentari isə bitərəf qalıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?