Modern.az

Günün sensasiyası: Almaniya məğlub oldu - YENİLƏNİB

Günün sensasiyası: Almaniya məğlub oldu - YENİLƏNİB

Aktual

23 Noyabr 2022, 19:00

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk oyununda sensasiya qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

 

Yaponiya yığması qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rika ilə üz-üzə gələcək.

 

***

18:48

 

Dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda 3-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, 83-cü dəqiqədə Asiya təmsilçisinin oyunçusu Takuma Asano fərqlənib.

 

Hazırda görüş Yaponiyanın 2:1 hesablı üstünlüyü ilə davam edir.

 

***

18:38

Dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, 75-ci dəqiqədə Asiya təmsilçisindən Ritsu Doan bərabərliyi təmin edib - 1:1.

 

***

17:37

Qətərdə keçirilən dünya çempionatının E qrupunun I tur oyunları davam edir.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayan Almaniya-Yaponiya matçında almanlar 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabda önə çıxıblar.

 

Almaniya və Yaponiya yığmalarının start heyətləri:

 

Almaniya: 1. Manuel Noyer (q) (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kmmix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Havertz

 

Yaponiya: 12. Şuiçi Qonda (q), 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?