Modern.az

Qeydiyyatdan keçən fermerlərin sayı 600 mini ÖTDÜ

Qeydiyyatdan keçən fermerlərin sayı 600 mini ÖTDÜ

Aktual

23 Noyabr 2022, 17:50

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmış fermerlərin sayı 600 mini keçib.

 

Modern.az xəbər verir, bunu nazirliyin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.

 

“Biz nazirlik olaraq rəqəmsallaşmaya çox diqqət yetiririk. Bunun yollarından biri fermerlərə yaxınlıq, innovasiyalara əlçatanlıq, müasir menecmentdir. 2020-ci ildən subsidiyalar elektron qaydada – EKTİS üzərindən verilir. Fermerlər burada qeydiyyatdan keçməli, əkin sahələrini bəyan etməlidilər. Sistem həmçinin innovasiyaların təşviqinə gətirib çıxarır, kənd təsərrüfatı istehsalçılarını yaşıl texnologiyaları, yeni suvarma texnologiyalarını tətbiq etməyə stimullaşdırır. Dövlət maraqlıdır ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyalar təşviq edilsin”, - qurum rəhbəri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?