Modern.az

Ukrayna daha 36 vətəndaşını əsirlikdən qaytardı

Ukrayna daha 36 vətəndaşını əsirlikdən qaytardı

Aktual

23 Noyabr 2022, 20:30

Bu gün Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi baş verib, 36 ukraynalı vətəninə qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.

 

“Biz 35 hərbçini və bir mülki vətəndaşımızı azad edə bildik. Azad edilənlər arasında “Azovstal”da olan Mariupolu müdafiə edən döyüşçülər də var”, - deyə Andrey Yermak bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...