Modern.az

Putinin İrəvana səfəri Qorbaçovun Vilnüsə səfərini xatırladır - XİN başçısı

Putinin İrəvana səfəri Qorbaçovun Vilnüsə səfərini xatırladır - XİN başçısı

Aktual

23 Noyabr 2022, 22:39

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis özünün "Twitter" mikrobloqunda Ermənistanın KTMT-yə üzvlüyünə qarşı İrəvanda keçirilən etiraz aksiyaları barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, XİN rəhbəri Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərini SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçovun 1990-cı ildə Vilnüsə səfərinə bənzədib.

 

"Putinin İrəvana səfərinə etiraz edən ermənilər mənə 1990-cı ildə Qorbaçovun Vilnüsə səfərinə etiraz edən litvalıları xatırladır. Həmin gün minlərlə insan göstərdi ki, bayraqlar, pankartlar və mahnılar azadlığımızı əlimizdən almağa çalışan diktatorları dəf edə bilər", - deyə nazir bildirib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?