Modern.az

İlham Əliyevə xüsusi hörmət - Qırıcılar havaya qaldırıldı

İlham Əliyevə xüsusi hörmət - Qırıcılar havaya qaldırıldı

Aktual

23 Noyabr 2022, 23:16

Serbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında paylaşıb. 

 

Hava limanında Prezident İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır