Modern.az

İranda öldürülən etirazçıların sayı 440-a çatıb

İranda öldürülən etirazçıların sayı 440-a çatıb

Aktual

24 Noyabr 2022, 09:40

İranda hökumət əleyhinə etirazlarda 440 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda İnsan Hüquqları Fəalları Təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin 61-nin yaşı 18-dən az olan şəxslərdir. Aksiyalar zamanı 18 059 nəfər həbs olunub. Onlardan 3212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 555 nəfər tələbədir. Nümayişlərə 163 universitetin tələbələri qoşulub.

 

Ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 56 nümayəndəsi öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?