Ukrayna Böyük Britaniyadan üç ədəd “Sea King” helikopteri alacaq. Bununla da London ilk dəfə Kiyevə helikopterlər verəcək.
Modern.az xarici KİV-ə istinadə xəbər verir ki, Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində 10 min artilleriya mərmisi göndəriləcək.
Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles noyabrın 23-də hərbi yardımın genişləndirildiyini açıqlayıb.
Qeyd edək ki, “Westland WS-61 Sea King” helikopterləri kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Hazırda onların buraxılışı dayandırılıb. Helikopterin bazar qiyməti 5,9 milyon dollardır.