Modern.az

Bakıda vətəndaşı "işə düzəldən" "prokuror" tutuldu

Bakıda vətəndaşı

Aktual

26 Noyabr 2022, 17:30

Bakıda özünü prokuror kimi təqdim edən Axundov Sənan Fuad oğlu dələduzluqda ittiham olunur.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsilə ittiham elan olunub.

 

İttihama əsasən, S.Axundov özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib. Zərərçəkmişi həbsxanalardan birinə nəzarətçi düzəltməyə inandırıb. Həmin şəxsdən isə işə düzəltmək qarşılığında deyil, özünün məişət problemləri üçün 500 manat pul alıb.

 

Həmçinin məlumata görə, Sənan Axundovun psixoloji problemləri var imiş və hadisəni törədərkən anlaqsız olduğunu etiraf edib.

 

Cinayət işinin istintaqı Binəqədi Rayon Məhkəməsində araşdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?