Modern.az

Zelenski “taxıl dəhlizi” ilə bağlı ÇAĞIRIŞ ETDİ

Zelenski “taxıl dəhlizi” ilə bağlı ÇAĞIRIŞ ETDİ

Aktual

26 Noyabr 2022, 20:20

Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. “Taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib.

 

Zelenskinin sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb.

 

“Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Ukrayna lideri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?