Modern.az

Monastra hücum edildi, rahibə bıçaqlandı

Monastra hücum edildi, rahibə bıçaqlandı

Aktual

27 Noyabr 2022, 15:12

Gürcüstanın qərbində yerləşən Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində Qadın monastırına basqın olub.

 

Modern.az xəbər verir ki, hadisə zamanı iki rahibə ağır yaralanıb.

 

Bildirilir ki, bir neçə şəxs zorla monastıra daxil olmağa cəhd göstərib. Lakin monastır xidmətçiləri onlara müqavimət göstəriblər.

 

Qarətçilər rahibələrə zor tətbiq ediblər, bir rahibə döyülüb, digəri isə bıçaqlanıb.

 

Bıçaq zərbəsi alan rahibə əvvəl Xaşuri xəstəxanasına aparılıb. Lakin sonradan o, Tbilisidəki xəstəxanalardan birinə çatdırılıb.

 

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı artıq iki nəfər saxlanılıb. Cinayət işi açılıb, istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?