Modern.az

Müdafiə Nazirliyindən növbəti XƏBƏRDARLIQ 

Müdafiə Nazirliyindən növbəti XƏBƏRDARLIQ 

Aktual

27 Noyabr 2022, 21:53

Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.

 

27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - açıqlamada bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...