Modern.az

Ərdoğan hökuməti toplayır - Gündəlikdə nələr var...

Ərdoğan hökuməti toplayır - Gündəlikdə nələr var...

Aktual

28 Noyabr 2022, 10:20

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.

 

İclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla əlaqədar referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.

 

Eyni zamanda hökumətin inflyasiya ilə mübarizəsi barədə fikir mübadiləsi aparılacaq.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır