Modern.az

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsü dünya mediasında

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsü dünya mediasında

Aktual

28 Noyabr 2022, 10:50

Dünyanın 350-dən çox media orqanı, o cümlədən “Associated Press” (AP), “Fox News” və “Yahoo” kimi nüfuzlu agentliklər Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsü haqqında silsilə məqalələr çap ediblər.

 

Modern.az xəbər verir ki, dünyanın aparıcı KİV-lərində dərc olunan məqalələr 44 günlük Vətən müharibəsi dövründə qismən görmə qabiliyyətini itirmiş 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin israilli donor tərəfindən verilən və həmin ölkədən gəlmiş həkim İşhay Falik tərəfindən aparılan əməliyyatdan sonra görmə qabiliyyətinin bərpa etməsinə həsr olunub. 

 

Bildirilib ki, dekabr ayının 18-də Arif Hacıyev İsrailə gedərək orada həm donorun ailəsi, həm də onu əməliyyat etmiş həkimlə görüşəcək.

 

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, İsrailin Azərbaycandakı səfirliyi və geniş ictimaiyyətin dəstəyi ilə baş tutan səfərdə Nurit Qrinqer və Eti El-Kiss Arif Hacıyevi İsrailə səfərdə müşayiət edəcəklər.

 

Ölkənin tarixi yerlərini ziyarət etməklə yanaşı, Arif Hacyev yerli siyasətçilərlə də görüşmək imkanı qazanacaq.

 

Məlumat üçün bildirək ki, ötən il akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunan Vətən müharibəsi qazisi Arif Hacıyevə israilli qadın vəfat etmiş 55 yaşlı həyat yoldaşının gözünü bağışlayıb.

 

Qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və həmin donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb. Bir gözünün görmə qabiliyyəti tamamilə itən qazinin üzərində keçirilən uğurlu əməliyyatdan sonra həmin gözün görmə qabiliyyəti bərpa edilib.

 

Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda sağ gözündən yaralanıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib. İsrailli qadının həyat yoldaşının gözünü azərbaycanlı qaziyə bağışlaması humanist addım və böyük dəstək kimi qiymətləndirilib.


 

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsü barədə dünya mətbuatında dərc olunan xəbərlərdən bəzilərinin linklərini təqdim edirik:



1. //apnews.com/press-release/pr-newswire/europe-middle-east-israel-azerbaijan-fb5429efd5052d0eba78f185b5e81523 (Associated Press)

2. //fox8.com/news/business/press-releases/cision/20221125SF47178/newsblaze-announces-us-az-cultural-foundation-humanitarian-gratitude-visit-to-israel/ (Fox News)

3. //finance.yahoo.com/news/newsblaze-announces-us-az-cultural-151300820.html (Yahoo)
 

Xanım Qrinqer bu ilin iyulunda Azərbaycana səfəri zamanı “NewsBlaze” nəşri üçün “Azərbaycanın Müharibə Qəhrəmanları: Şücaət və Ümid” məqaləsini hazırlayarkən Arif Hacıyevlə tanış olub (//newsblaze.com/world/eurasia/azerbaijan-war-heroes -valor_184241/) və Arifin İsrailə getməsi təşəbbüsünü qaldırıb.



Onu da bildirək ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondu (//www.us-az-culturalfoundation.com/), Azərbaycan, ABŞ və İsrail arasında elm, mədəniyyət, media, kino sahələrdə münasibətlərin yaxınlaşmasına töhfə vermək üçün təsis edilib. 



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?