Modern.az

Ehtiyatsızlıq Şəmkir sakinini xəstəxanalıq etdi

Ehtiyatsızlıq Şəmkir sakinini xəstəxanalıq etdi

Aktual

28 Noyabr 2022, 14:48

Şəmkir sakini ehtiyatsızlıq nəticəsində xəstəxanalıq olub. 

 

Bununla bağlı Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. 

 

O bildirib ki, Şəmkir rayon 1994-cü il təvəllüdlü Nicat Aslanlı istixanada işləyən zaman ehtiyatsızlıqdan elektrik naqilinə toxunub.

 

N.Aslanlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır