Modern.az

Dünya çempionatının son oyunları "CBC Sport"da yayımlanacaq

Dünya çempionatının son oyunları

Aktual

28 Noyabr 2022, 15:48

“Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır”.

 

Bu barədə Modern.az İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib: "Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?