Modern.az

Müharibədə ölən rus əsgərlərin analarına dəsmal hədiyyə edildi - FOTOLAR

Müharibədə ölən rus əsgərlərin analarına dəsmal hədiyyə edildi - FOTOLAR

Aktual

28 Noyabr 2022, 17:00

Rusiyada Ukrayna müharibəsində həlak olmuş əsgərlərin analarına qeyri-adi hədiyyələr verilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Dojd" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, Kursk vilayətinin rəhbərliyi bu addımı analar günü ilə bağlı atıb.



“Analar gününün qeyd olunması ərəfəsində Lqovski rayonunun rəhbəri Sergey Korostelev xüsusi hərbi əməliyyatda iştirak edərkən öldürülmüş hərbçilərin anaları ilə görüşüb”, - Kursk vilayət administrasiyasının açıqlamasında deyilir.

 

Qeyd olunub ki, Lqovski rayonunun rəhbəri tortdan əlavə, ölənlərin analarına dəsmal dəsti də hədiyyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?