Modern.az

Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək

Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək

Aktual

28 Noyabr 2022, 17:54

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü dekabrın 1-də Salyan rayonunda keçiriləcək.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, görüş İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq.

 

Aksiya Təzəkənd ərazisində qazpaylayıcı stansiyanın (QPS) qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq, müvafiq qərarlar veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?