Modern.az

İran hakimiyyəti futbolçuların ailələrini HƏDƏLƏYİR 

İran hakimiyyəti futbolçuların ailələrini HƏDƏLƏYİR 

Aktual

29 Noyabr 2022, 08:55

İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ ilə III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Sem Kili bildirib.

 

Onun sözlərinə görə, iranlı futbolçular özlərini düzgün aparmasalar, onların qohumları həbs və işgəncə ilə hədələniblər.

 

Bundan əlavə, İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara millinin düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

 

Qeyd edək ki, İran - ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?