Modern.az

Erməni müdafiə naziri generalları müşavirəyə topladı - FOTOLAR

Erməni müdafiə naziri generalları müşavirəyə topladı - FOTOLAR

Aktual

29 Noyabr 2022, 09:52

Noyabrın 28-də Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbər heyətinin və ordu hissələrinin komandanlığının iştirak etdiyi işçi məsləhətləşmə keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirlib ki, məsləhətləşmə zamanı silahlı qüvvələrdə görülən işlər, xüsusilə qış mərhələsinə hazırlıq tədbirləri, mühəndis-istehkam təminatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

 

Nazirə əvvəllər keçirilmiş işçi məsləhətləşmələrdə verilən tapşırıqların icrası barədə məlumat verilib.

 

Qaldırılan məsələlərlə bağlı müdafiə naziri məsul bölmələrə müvafiq tapşırıq və göstərişlər verib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır