Modern.az

Vardan Oskanyan Qarabağa gətirilməyəcək - KİV

Vardan Oskanyan Qarabağa gətirilməyəcək - KİV

Aktual

29 Noyabr 2022, 11:38

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Qarabağ separatçılarının “xarici işlər naziri” vəzifəsinə təyin edilməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Past" qəzeti özünün etibarlı mənbələrinə istinadən yazıb.


Nəşr xatırladır ki, son günlər Vardan Oskanyanın Qarabağda “xarici işlər naziri”  postunu tutacağı barədə məlumat yayılmışdı. Amma bu məlumatın heç bir rəsmi təkzibi və ya təsdiqi yoxdur.


Bununla belə, qəzetə etibarlı mənbədən bildirilib ki, Vardan Oskanyanın Qarabağa gedəcəyi inandırıcı deyil.

Erməni KİV-lərinin məlumatına görə, separatçıların qondarma “xarici işlər naziri” postuna Masis Mailyan gətiriləcək. O, əvvəllər də həmin “vəzifə”də işləyib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?