Modern.az

Bayden-Makron görüşündə bu məsələlər müzakirə olunacaq

Bayden-Makron görüşündə bu məsələlər müzakirə olunacaq

Aktual

29 Noyabr 2022, 12:54

ABŞ prezidentinin administrasiyası bildirib ki, Co Bayden Fransa prezidenti Emmanuel Makronun Vaşinqtona gözlənilən səfəri zamanı həmkarı ilə Ukrayna, Çin, İran, eləcə də enerji məsələlərini müzakirə edəcək.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidentinin ABŞ-a səfəri noyabrın 30-na planlaşdırılıb və üç gün davam edəcək.
 

"Gözlənilir ki, Ukrayna ilə bağlı müzakirələr onların danışıqlarının əsasını təşkil edəcək. Həmçinin Çinin, eləcə də İranın çağırışları ilə bağlı müzakirələr aparılacaq", - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.


Bundan əvvəl məlum olub ki, Makron Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydeni Avropa və Amerika şirkətləri arasında qeyri-bərabər rəqabətin qarşısını almağa inandırmaq niyyətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?