Modern.az

Şəhid övladının xərcini Fond qarşıladı

Şəhid övladının xərcini Fond qarşıladı

Aktual

29 Noyabr 2022, 16:16

12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Vadim Qocayevin Bakı şəhərində doğulan övladı Zeydin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

 

Bu barədə Modern.az-a Fonddan bildirilib.

 

Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Zeydin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. 

 

 Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?