Modern.az

Ermənistan qaytarılan meyitlərin tanınması prosesinə başlayıb

Ermənistan qaytarılan meyitlərin tanınması prosesinə başlayıb

Aktual

29 Noyabr 2022, 16:48

Ermənistan İstintaq Komitəsi Azərbaycanın dünən qaytardığı erməni hərbçilərin meyitlərinin tanınması prosesinə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Armenpress”ə komitədən bildirilib.

Bildirilib ki, İstintaq Komitəsinin Baş İdarəsində bu faktla bağlı Cinayət Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

“O cümlədən, meyitlərin tanınması prosesinə başlanılıb, məhkəmə-tibbi və məhkəmə-genetik ekspertizaları təyin edilib”.

Lazımi istintaq və prosessual hərəkətlər həyata keçirilir”, - İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.

Xatırladaq ki, Azərbaycan tərəfi indiyə kimi 13-14 sentyabrda sərhəddə baş vermiş döyüşlərdə ölən 246 erməni hərbçinin meyitini qaytarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?