Modern.az

Ukrayna Fransadan reaktiv yaylım atəş sistemi aldı

Ukrayna Fransadan reaktiv yaylım atəş sistemi aldı

Aktual

29 Noyabr 2022, 17:28

Ukrayna Fransadan daha bir Lance Roquette Unitaire (LRU) uzaq mənzilli reaktiv yaylım atəş sistemi alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov "Twitter" hesabında yazıb.

 

“Ukrayna ordusunun “uzun əl” (uzaq mənzilli raket atışı sistemləri) ailəsinin 4-cü üzvü bu gün Fransadan ölkəmizə gəldi. Ukrayna ordusu indi düşmənin qarşısını almaq və məhv etmək üçün daha güclüdür. Bu ölkələrimizin liderləri arasında dostluğun gözlənilən nəticəsidir. Fransa müdafiə naziri Sebastiyen Lekornuya, hökumətinə və xalqına təşəkkür edirəm” ,- Reznikov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?