Modern.az

Gömrükdə siqaret qaçaqmalçılığının qarşısı alındı

Gömrükdə siqaret qaçaqmalçılığının qarşısı alındı

Aktual

30 Noyabr 2022, 12:22

Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

 

Modern.az xəbər ki, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 64 adda 59.348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?