Modern.az

“WhatsApp” istifadəçiləri üçün daha bir yenilik 

“WhatsApp” istifadəçiləri üçün daha bir yenilik 

Aktual

30 Noyabr 2022, 13:02

“WhatsApp”ı artıq planşetlərdə də istifadə etmək mümkün olacaq. Belə ki, “beta” versiyasının istifadəçiləri mesencerin sözügedən qadcetdə quraşdırılmasını təklif edən bildiriş alıblar.

 

Modern.az xəbər verir ki, müvafiq bildiriş “Android”in sınaq versiyasında 2.22.24.18 nömrəsi ilə peyda olub.

 

Ancaq o da qeyd olunub ki, “WhatsApp”ın planşet versiyasında bəzi funksiyalar, məsələn, real vaxtda məkanı paylaşmaq imkanı mövcud olmaya bilər.

 

Tətbiqin planşetlərdə tam işləyəcəyi vaxt hələ açıqlanmayıb. Çox güman ki, bu yenilik yaxın aylarda “WhatsApp”ın eyni vaxtda bir neçə cihazda tamhüquqlu işləməsinə imkan verən funksiyanın buraxılması ilə birlikdə əlçatan olacaq.

 

Xatırladaq ki, bir müddət əvvəl tərtibatçılar mesencerin masaüstü formatına zəng rejimi gətirdiklərini açıqlamışdılar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?